Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bu da yenilikdir“ - Baş redaktor
15 İyl 2021 17:56
1223

“Bu da yenilikdir“ - Baş redaktor

"Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda  canından keçən  şəhidlərimizin ailələrinə,  qazilərə  diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir".

Bu fikirləri Yenisabah.az-a "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, hər bir dövlət üçün  hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyətini diqqət mərkəzində saxlamaq  önəmlidir:

"Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaşa diqqət və qayğı  olan dövlətlər layiqincə gələ bilərlər. Azərbaycan təkmil islahatları, sosial-iqtisadi inkişafı, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması ilə  dünyaya özünü sosial dövlət kimi təqdim edib. Ən çətin məqamlarda belə Azərbaycan dövləti  vətəndaşının sosial müdafiəsini,  rifahını unutmur, heç bir sosial layihə təxirə salınmır.  Buna əmin olmaq üçün artıq iki ilə yaxındır  davam edən  koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı andan Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə diqqət yetirmək kifayətdir. Dövlət başçısı  daim  müvafiq strukturlarından tələb edir ki, iqtisadi islahatlar dərinləşdirilməli, sosial layihələr uğurla həyata keçirilməlidir. Prezidentin 19 mart 2020-ci il tarixil Sərəncamına uyğun olaraq  20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10  yardım proqramının həyata keçirilməsi də bunun bariz nümunəsidir."

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin  bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı ölkə ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanır: "Bu istiqamətdə həyata keçirilən   tədbirlər sistemli və ardıcıl xarakteri ilə diqqət çəkir.  Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi davamlı olaraq müasir tələblərə cavab verən fərdi evləri  və çoxmənzilli yaşayış binalarını tikib onların istifadəsinə verir, eyni zamanda,  qazilərin  məşğulluq məsələləri həllini tapır. İyulun 14-də  Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  iştirakı Azərbaycan dövlətinin bu kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğısının daha bir nümunəsidir. Dövlət başçısı İlham Əliyev qeyd olunan mərasimdə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, qazilərimizin məşğulluq məsələləri həll olunur, çağırışlara özəl sektor müsbət reaksiya verib. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonunun keçirilməsi həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir."

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər