Bu ərazilərdən qızıl çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdən qızıl çıxarılacaq

İqtisadiyyat

22 Sentyabr 2026 14:33 280


İşğaldan azad olunmuş Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı zəngin filiz yataqları ölkə iqtisadiyyatına cəlb edilir.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyevin bu barədə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr  olunmuş müşavirədə deyib. Dövlət başçısı İlham Əliyev keçirilən müşavirədə işğal dövründə talan edilən resurslarımızdan söhbət açaraq bu ərazilərdə bərpa və istismar işlərinə başlanıldığını bildirib.

"Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq." Pepperoni pizza

Prezident eyni zamanda mövcud ehtiyatların müasir geoloji texnologiyalarla yenidən dəqiqləşdiriləcəyini, gələn ildən isə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndiriləcəyini vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!