Bu ərazilərə dayanmadan qar yağacaq -   Rayonların havası

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə dayanmadan qar yağacaq - Rayonların havası

Sosial

03 Mart 2026 12:57 376


Martın 4-də Azərbaycanın şəhər və rayonlarında olan hava proqnozu açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava, arabir tutulma və əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə az çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 763-767 mm civə sütununda dəyişəcək, nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-3°-dək isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava hökm sürəcək, lakin gündüz dağlıq ərazilərdə və axşam bəzi yerlərdə arabir yağıntılı, qar yağışlı olacaq. Arabir duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz hava davam edəcək. Gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı və qar yağışlı olacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Şərqi Zəngəzurda — Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava gözlənilir. Gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı, qar yağışlı olacaq, ayrı-ayrı yerlərdə intensiv ola bilər. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, dağlıq ərazilərdə 7° şaxta, gündüz 6-11° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir və Tovuz, Naftalanda əsasən yağmursuz hava hökm sürəcək, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı, dağlıq ərazilərdə qar yağışlı olacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda əsasən yağmursuz hava davam edəcək. Gecə və səhər dağlıq ərazilərdə, gündüz bəzi yerlərdə arabir yağıntılı, qar yağışlı olacaq. Ayrı-ayrı yerlərdə intensiv ola bilər. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-3°-dək isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz hava hökm sürəcək. Axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda əsasən yağmursuz hava gözlənilir. Axşamdan bəzi yerlərdə arabir yağıntılı, dağlıq ərazilərdə qar yağışlı olacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!