“Bu evlərə sənəd verilməyəcək” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bu evlərə sənəd verilməyəcək” - Açıqlama

Sosial

05 Fevral 2024 17:31 10286


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Həmin tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilən fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiya işlənib və hökumətə təqdim edilib. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır.

Yenisabah.az bakupost.az-a xəbər verir ki, deputat Tahir Rzayev  ölkədə təhlükəli zolaqlarda inşa edilən onlarla tikilinin olduğunu bildirib.

Onun sözlərinə görə, belə tikililərlə bağlı müəyyən tədbirlərin görülməsi çox vacibdir: Dördpendirli pizza

"Sürüşmə zonasında və vulkanların ətrafında, neftli ərazilərdə tikilən evlər var. Bu evlərə sənəd vermək olmaz. Çünki sürüşmə əraziləri, vulkanların ətrafı təhlükəli zonadır. Orada yaşamaq insanların həyatı üçün təhlükəlidir. Neftli ərazilərdə də çoxlu sayda evlər tikilib. Belə ərazilərdə də yaşamaq insan həyatı üçün təhlükəlidir. İnsanlar illərdir ki, mühafizə zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında, neft borularının üzərində, dəmir yolu xətlərinin kənarında, məqbul olmayan, təhlükəsizliyi təmin olunmayan ərazilərdə ev tikiblər. Ona görə də, bu gün belə evlərə hüquqi sənəd vermək mümkün deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rauf
    Təhlükəsiz zona var ki bəyəm. Bir dəfə babat zəlzələ olsa navastroykaların 70 faizi uçacaq elə də danışırlar guya hər şey idealdır qalıb təhlükəli zonalar
    2 years ago
  • Sevinc
    Salam. Yoldaşım 1 ci qarabağ veteranıdır. 60 dan yuxarı yaşımız var. Helede evimizin sənədi yoxdur. 2 il bundan öncə polisdən qeydiyyatdan cıxıb öz yaşadığımız ünvana qeydiyyata düşdük. Xahiş edirəm məlumat verəsiniz sənədlərin alınması barədə.
    2 years ago
  • İlham Kamil
    2010 cu ildən İsmayilli rayonundan Qarabağ Müharibəsi Əlilləri Və Şəhid Ailələri üçün tikilib təhvil verilən 36 Mənzilli yaşayış binasında sakinlərinə bu günə kimi Evlərin sənədləşdirilməsi verilmir. Artıq İsmayillida sakinlər arasında rezonans doğurub. Prezident seçkilərindən sonra sakinlər hamısı ayağa qalxıb dövlətdən tələb edəcəklər. Vəziyyət bu saat çox acınacaqlı durumdadır.
    2 years ago