Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək.
"Yeni Sabah" xəbr verir ki, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün də coğrafiya fənni üzrə imtahan (ikinci cəhd) təşkil ediləcək.
Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 min 997, IV ixtisas qrupu üzrə 5302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36 min 356 abituriyentin iştirakı nəzərdə tutulur. Pepperoni pizza
İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.
Telegram kanalımız