Bu gün Bakıda 21:00 -dan sonra   NƏ BAŞ VERƏCƏK?

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Bakıda 21:00 -dan sonra NƏ BAŞ VERƏCƏK?

Sosial

29 Sentyabr 2026 13:08 203


Bakının iki rayonunda bir sıra küçələrdə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər sentyabrın 29-u saat 21:00-dan etibarən qüvvəyə minəcək.

Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq. Marqarita pizza

Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

AAYDA-nın məlumatına görə, məhdudiyyətlər görülən işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!