Doktorantura təhsili alan şəxslərin hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni açıqlama verilib.
“Yeni Sabah” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd olunub ki, doktorantura səviyyəsində əyani təhsil müddəti başa çatdıqdan sonra möhlət hüququ bitir və çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Marqarita pizza
Xidmətin məlumatına görə, qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Bununla yanaşı, mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsinə görə çağırışçılara əlavə möhlət verilməsi nəzərdə tutulmayıb.
Yəni doktorantura üzrə təhsil müddəti başa çatdıqdan sonra dissertasiya işinin hələ müdafiə edilməməsi ayrıca möhlət üçün əsas hesab edilmir.
Aytac Əliyeva
Telegram kanalımız