Ölkədə fəaliyyət göstərən iki Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalının azaldılması ilə bağlı rəsmi elan verib.
“Yeni Sabah” xəbər verir ki, bunlardan biri “AGE” MMC-dir. Şirkətin təsisçiləri Fariz Cəmili müəssisədəki 87 manatlıq, İsa Cəfərov isə 33 manatlıq payını notarial qaydada təsdiq olunmuş ərizələrlə geri götürüblər. Payların geri alınması nəticəsində cəmiyyətin nizamnamə kapitalı 400 manatdan 280 manatadək azaldılıb.
Digər analoji qərarı isə “AZ MET INVEST” MMC qəbul edib. Şirkət nizamnamə kapitalını azaltmaqla 10 manat məbləğində müəyyən edildiyini bəyan edib. Toyuqlu pizza
Telegram kanalımız