Bu il Azərbaycanda ən çox bahalaşan və ən çox ucuzlaşan 20 məhsul –   Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycanda ən çox bahalaşan və ən çox ucuzlaşan 20 məhsul – Siyahı

İqtisadiyyat

22 Sentyabr 2026 16:47 119


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ən çox bahalaşan məhsul kivi olub.

"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, kivinin bir kiloqramının orta pərakəndə satış qiyməti yanvarda 3 manat 54 qəpik olduğu halda, avqustda 5 manat 14 qəpiyə yüksəlib.

Bu, 1 manat 60 qəpik artım deməkdir. pizza

İkinci yerdə limon qərarlaşıb. Limonun orta qiyməti 3 manat 75 qəpikdən 5 manat 3 qəpiyə yüksəlib. Qiymət artımı 1 manat 28 qəpik təşkil edib.

Təbii balın orta qiyməti 1 manat 16 qəpik, sümüksüz mal ətinin qiyməti isə 96 qəpik artıb. Qoz, brokkoli və sümüklü mal əti də qiyməti yüksələn məhsullar arasında olub.

Ən çox ucuzlaşan məhsul isə istixanalarda yetişdirilən xiyar olub. Onun orta qiyməti yanvarda 3 manat 8 qəpikdən avqustda 83 qəpiyə düşüb. Beləliklə, qiymət 2 manat 25 qəpik azalıb.

Badımcanın orta qiyməti 2 manat 1 qəpik, istixana pomidorunun qiyməti isə 1 manat 56 qəpik ucuzlaşıb. Şirin bibər, göy lobya və sarımsağın da orta qiymətində azalma qeydə alınıb.

Bu ilin ilk 8 ayında Azərbaycanda ən çox bahalaşan və ən çox ucuzlaşan 20 məhsulu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!