Bu il tələbələri hansı problemlər gözləyir? - “Daha çətin olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Bu il tələbələri hansı problemlər gözləyir? - “Daha çətin olacaq”

Sosial

25 Avqust 2026 14:35 208


“Hər il olduğu kimi, bu il də avqustun 15-20-dən sonra, sentyabrın sonuna qədər tələbələrin tədrisə başlaması ilə əlaqədar kirayə mənzil bazarında müəyyən problemlər yaşanır. Bu il isə əlavə olaraq metro xətlərində aparılan dəyişikliklər və gediş-gəlişlə bağlı yaranacaq çətinliklər tələbələr üçün nəqliyyat məsələsini də aktuallaşdıracaq”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadov bildirib.

Onun sözlərinə görə, şübhəsiz ki, bu amillər kirayə mənzillərə olan tələbata və qiymətlərə də təsir göstərəcək: Dördpendirli pizza

“Akademik rayon hesab olunan "Elmlər Akademiyası", "İnşaatçılar" və Yasamal ərazilərində tələbələrə tələbat həmişə yüksək olub. Eyni zamanda, digər təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə və onlara yaxın qəsəbələrdə də tələbələrin çoxluğu kirayə qiymətlərinin yüksək olmasına səbəb olur. Metro ilə bağlı yaranan vəziyyətin də bu prosesə təsir edəcəyi gözlənilir. Buna bənzər halı Xırdalan və Masazır ərazilərində də müşahidə etmişik.

Yeni il ərəfəsində və ondan əvvəlki dövrdə bu ərazilərdə kirayə mənzil təklifləri artmış, nəticədə həm tələbələr, həm də digər kirayəçilər həmin zonalara üstünlük vermişdilər. Təkliflərin çox olması qiymətlərin də nisbətən aşağı düşməsinə səbəb olmuşdu.Lakin bir neçə ay sonra Bakı ilə həmin ərazilər arasında yollarda yaranan sıxlıq və gediş-gəliş problemləri səbəbindən insanlar Xırdalan və Masazırdan imtina etməyə başladılar. Onlar yolda tıxacda vaxt itirməmək üçün daha yüksək aylıq kirayə haqqı ödəməyə razı oldular. Çünki uzaq məsafədən gediş-gəliş həm əlavə vaxt, həm də əlavə xərc tələb edirdi”.

Ekspert düşünür ki, hazırkı vəziyyətdə də buna bənzər proses yaşana bilər:

“Tələbələr alternativ nəqliyyat və marşrutlardan istifadə etməklə təhsil müəssisələrinə daha rahat çatmağın yollarını axtaracaqlar. Hər bir tələbə təhsil aldığı əraziyə uyğun optimal variant tapmağa çalışacaq. Şübhəsiz ki, bu proses xüsusilə ilk dəfə Bakıya təhsil almağa gələn, şəhərin nəqliyyat sisteminə və ərazilərinə bələd olmayan tələbələr üçün daha çətin olacaq. Onların uyğunlaşma və şəhərə öyrəşmə dövrü müəyyən çətinliklərlə müşayiət oluna bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!