Bu işçilərlə bağlı qayda ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu işçilərlə bağlı qayda ləğv olundu

Sosial

15 Sentyabr 2026 17:41 136


Əmək Məcəlləsinə edilən son dəyişikliklər bəzi işçilərin ixtisar zamanı qorunması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qaydaları dəqiqləşdirib.

"Yeni Sabah" xəbər verir ki, dəyişikliklər çərçivəsində Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin 6-cı abzası ləğv edilib.

Həmin abzasda ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməsi nəzərdə tutulurdu. Toyuqlu pizza

Qeyd olunur ki, Əmək Məcəlləsinin 79-cu maddəsi ilə həmin kateqoriyaya aid işçilər artıq birbaşa qorunur. Belə ki, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, eləcə də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 24.1-ci maddəsində göstərilən işçilərlə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə yol verilmir.

Həmin qanunun 24.1-ci maddəsinə əsasən, işəgötürənlər istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlilliyi olan işçilərin işlə təmin edilməsi üçün, onların arzusu ilə və fərdi reabilitasiya proqramı nəzərə alınmaqla, iş yerləri ayırmalı və ya yeni iş yerləri yaratmalıdırlar.

Bu səbəbdən Əmək Məcəlləsinin 78-ci maddəsində həmin şəxslərə ixtisar zamanı əlavə üstünlük verilməsi artıq hüquqi boşluq kimi qiymətləndirilib və müvafiq müddəanın ləğvinə qərar verilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!