“Bu işlər Allahla mənim aramda olur”   – Fərda Xudaverdiyev

saytların hazırlanması

Evə çatdırılma

“Bu işlər Allahla mənim aramda olur” – Fərda Xudaverdiyev

Şou

08 May 2020 17:34 1854


Koronavirus pandemiyası səbəbindən may ayının 31-dək ölkəmizdə xüsusi karantin rejimi hökm sürəcək. Kimisi bu günlərdən istirahət kimi yararlanır, kimisi də aktiv həyat tərzi üçün darıxır. Karantin günlərində sevilən aktyor Fərda Xudaverdiyevlə həmsöhbət olduq. 

Aktyor Yenisabah.az-a açıqlamasında vaxtını əsasən psixoloji testlər həll etməklə, filmlərə baxmaqla keçirdiyini bildirdi. Səhnə üçün darıxan aktyor bu aralar tamaşaçılarına sosial şəbəkədə canlı yayım vasitəsilə gülüş bəxş etməyi də unutmur. Beləliklə, Fərda Xudaverdiyevlə müsahibəni təqdim edirik: 

- Fərda bəy karantin günləri neçə keçir, evdə nə işlə məşğulsunuz?  Sezar pizza

- Neyləyə bilərik ki? Bütün günü telefonda psixoloji testlərə baxıram, özümü yoxlayıram. Düzü, Raul bizi darıxmağa qoymur, çox sağ olsun balacamız. Onunla oyunlar oynayıram, uşaqlığıma qayıdıram. Televizora baxıram, filmlər izləyirəm, kanallarımızda gedən proqramları izləyirəm. Düşünürəm ki, bu vəziyyət müvəqqətidir. Allahın izni ilə tezliklə, çox yaxşı, yeni bir həyat bizi gözləyir. Təki sağlıq olsun. 

- İnsanların evdən çıxmağa ehtiyat etdiyi bu günlərdə siz evdən çıxıb dost-tanışla görüşürsünüzmü? 

- Dost-tanışlarla əlaqəmi kəsməmişəm, həm telefonla əlaqə saxlayırıq, həm də gedib-gəlirik. Lakin sözsüz ki, icazəli şəkildə, SMS icazəsini aldıqdan sonra. Televiziyalara gedib-gəlmək üçün icazəmiz var, digər yerlərə isə icazə ilə. Sadəcə bildiyiniz kimi, kafelər, restoranlar bağlıdır, dostlarla yığışıb dərdləşmək üçün, yaradıcı fikir mübadiləsi aparmaq üçün məkanlar bağlıdır. Ona görə də işlərimizdə bir az durğunluq var. 

- Evdə olduğunuz müddətdə yeni layihələr üzərində işləmisinizmi? 

- İnanın mənə, əhval-ruhiyyə elədir ki, istəsən də yaradıcı tərəfdən yanaşmaq olmur. Normalda mən bütün işlərimi kənarda yazıb, hazırlayırdım. “Stand up”-ın özünü də evdə yazmırdım. Evdə yazmaq mümkün olmur, körpə də varsa, vəziyyət ikiqat çətinləşir. Amma karantin bitsin, yay aylarında yeni mövsüm üçün tamaşaçıların qarşısına yeni layihələrlə çıxacağam. 

- Bu günlərndə sosial şəbəkələrdə hara baxsaq görürük ki, kişilər mətbəxə keçib yemək bişirir. Maraqlıdır, karantin rejimi sizə də yemək bişirməyi öyrədib? 

- Evdəsənsə, avtomatik əldə-ayaqda olmalısan. Adi günlərdə bir “bolt” boşalanda səni tapa bilmirdilər. Gecə gəlirdin, gecə vaxtı da çəkiclə mismarı vura bilmirdin, qonşular yatmış olurdu. Səhər də yaddan çıxırdı və s. Hazırda isə evdə bir dənə də olsun laxlayan yer yoxdur, bundan əmin ola bilərsiniz. Amma mətbəx, ümumiyyətlə mənlik deyil. Evdə oturduqca deyirsən ki, bu niyə laxlayır, mən bunu indiyə kimi niyə görməmişəm, qoy bunu bərkidim və ya bu qapı niyə əyilib, qoy düzəldim. Belə işlər də gün ərzində maksimum bir saat yarım vaxt alır, qalan vaxtlarda yenə çıx balkona qayıt içəri, ancaq belə davam edir… 

- Son günlər yardım aksiyaları edən məşhurlar bunu sosial şəbəkədə bölüşürlər.. Bəziləri “sağ əlin verdiyini sol əl bilməməlidir” deyərək, xeyirxahlığın, xeyriyyə işlərinin reklam olunmasının əleyhinədirlər. Bu barədə siz nə düşünürsünüz? 

- Sözsüz ki, hər kəsin bu mövzuya öz yanaşma tərzi var. Mən aztəminatlı ailələrə köməklik edən bütün dostlarımıza təşəkkür edirəm. Mənim fikrimcə, bu təbliğatdır, göstərilməlidir ki, ərzaq apardıq. Sadəcə olaraq, ərzaq alan insanların üzünün göstərilməməsinin tərəfdarıyam. Onsuz da məhləyə girəndə artıq bilinir ki, orada ehtiyacı olan şəxs kimdir. Onun evindən, yaşayıdığı şəraitdən bəlli olur. Həmin yardımı qapının önünə də qoyub, qapını döyüb qayıtmaq olar və ya qapı arxasında danışmaq olar ki, o insanlar sıxılmasınlar, onların zatən ehtiyacları var sıxılırlar, utanırlar. Allah heç bir kəsi ehtiyaclı etməsin. Mən şəxsən özüm etdiklərimi paylaşmıram. Bu işlər Allahla mənim aramda olur, vəssalam. 

- Səhnədən uzaq düşən aktyor səhnə üçün darıxıbmı? 

- Səhnə üçün çox darıxıram, çox. Tamaşaçıların canlı alqışını eşitmək bambaşqa bir şeydir. Bildiyiniz kimi “Comedyxana” layihəsi tamaşaçılarla birgə çəkilir. Nə qədər özümüz özümüzə ruh yüksəkliyi versək də, onların alqışı tam başqadır. O alqış heç bir pulla, heç bir var-dövlətlə müqayisə oluna biləcək səviyyədə deyil, o tam başqadır. Onların qadasını alaram. İnşallah, tezliklə o günlərə yenidən qayıtmağımızı arzu edirəm. 

- Bəs onlayn şəkildə tamaşaçıların görüşünə çıxmırsınız? 

- Onlayn tamaşaçılarla görüşürəm. Bir-iki televiziya kanalından dəvət almışdım, sadəcə münasib deyildim deyə qatıla bilmədim. Lakin sosial şəbəkədə Hüseynqulu Sarabki adına Mədəniyyət evinin canlı yayımına qoşulmuşdum. Yarım saatlıq canlı efirdə tamaşaçıların görüşünə gəlmişdik.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!