“Bu ixtisası istəmirəm, amma...” – Abituriyentlərin seçimində gizli problem

saytların hazırlanması

Evə çatdırılma

“Bu ixtisası istəmirəm, amma...” – Abituriyentlərin seçimində gizli problem

Sosial

19 Avqust 2026 15:41 227


Azərbaycanda abituriyentlərin ali təhsil müəssisəsi və ixtisas seçimi zamanı yalnız şəxsi istəkləri deyil, ailə və yaxın çevrənin təsiri də mühüm rol oynayır. Nəticədə bəzi gənclər topladıqları bala uyğun olaraq arzulamadıqları ixtisaslara yönəlir, bu isə sonradan təhsildən yayınma və ixtisas dəyişikliyi kimi problemlərə səbəb olur.

Təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında bildirib ki, abituriyentlərin ixtisas seçiminə valideynlərin, qohumların və hətta yaxın çevrənin ciddi təsiri olur.

Ekspertin sözlərinə görə, arzuladığı ixtisasa qəbul olmaq üçün kifayət qədər bal toplaya bilməyən abituriyentlərin bir qismi bu halda universitetin yerləşdiyi əraziyə və ya ali məktəbin nüfuzuna üstünlük verir: Marqarita pizza

“Bəzən abituriyent görür ki, buraxılış və blok imtahanlarında topladığı bal ona arzuladığı ixtisasa qəbul olmağa imkan vermir. Bu zaman universiteti özünə yaxın ərazidən seçməyə çalışır və yaxud yaşı, nüfuzu ilə seçilən ali məktəbə müraciət edir. Artıq onun üçün hansı ixtisası seçməsi o qədər də əhəmiyyət daşımır. Belə halda təhsil almağa həvəs və motivasiya da azalır”.

M.Məmmədli qeyd edib ki, bunun əksinə olaraq, məqsədinə çatmaq üçün bir neçə il ardıcıl şəkildə imtahan verən abituriyentlər də var:

“Təcrübədə elə hallar olub ki, abituriyent 15 ixtisas seçimindən yalnız birini – arzuladığı ixtisası seçib. Hətta 600-dən çox bal toplayıb ali məktəbə qəbul ola bilməyənlər də var. Bu, onun qarşısına konkret hədəf qoyduğunu göstərir”.

Ekspertin fikrincə, ixtisas seçimi zamanı yaranan uyğunsuzluqlar əmək bazarında da özünü göstərir. Belə ki, həkim olmaq istəyən şəxs müəllim, hüquqşünas olmaq istəyən abituriyent tarixçi və ya Azərbaycan dili və ədəbiyyat müəllimi, tərcüməçi olmaq istəyən şəxs isə ingilis dili müəllimi kimi təhsil almağa məcbur qalır.

“Bu problemlərdən xilas olmağın bir yolu var – Azərbaycanda ali məktəblərə qəbul qaydalarında müəyyən dəyişikliklər və islahatlar aparılmalıdır. Əks halda hər il eyni problemin daha ciddi nəticələrini görə bilərik”, - deyə M.Məmmədli vurğulayıb.

Təhsil eksperti əlavə edib ki, ötən il təxminən 13 min tələbənin ali təhsil müəssisələrində təhsilini yarımçıq qoyması da diqqət çəkən göstəricidir. Onun sözlərinə görə, bu rəqəmin bütün hallarda ixtisas uyğunsuzluğu ilə bağlı olduğunu demək olmaz. Maddi çətinliklər də təhsilin yarımçıq qalmasına səbəb olur.

“Amma ümumi mənzərə onu göstərir ki, bu gün ali təhsil seçimi edən abituriyentlərin bir qismi özlərini arzuladıqları ixtisasda görə bilmirlər. Valideynin təşəbbüsü ilə ixtisas seçilməsi, universitetin yalnız yerləşdiyi əraziyə görə müəyyənləşdirilməsi kimi hallar mövcuddur. Bu problemlərdən qurtulmaq üçün ali təhsilə qəbulun formatını dəyişmək lazımdır”, - deyə ekspert bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!