Bu kartı olanlar avtobus və metroya   1 qəpik ödəyəcək!

saytların hazırlanması

Evə çatdırılma

Bu kartı olanlar avtobus və metroya 1 qəpik ödəyəcək!

Sosial

25 Noyabr 2026 14:27 176


“Sabah” – “Barselona” oyunu ilə bağlı azarkeşlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq.

“Yeni Sabah” xəbər verir ki, UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması münasibətilə BakıKart və Mastercard xüsusi kampaniyaya start verir.

Kampaniya çərçivəsində noyabrın 25-i saat 18:00-dan noyabrın 26-sı saat 01:00-dək ictimai nəqliyyatda gediş haqqı cəmi 1 qəpik təşkil edəcək. Online shopping Azərbaycan

Güzəştdən yerli və xarici banklar tərəfindən buraxılmış Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə NFC ödənişi edən sərnişinlər yararlana biləcəklər.

Kampaniya Bakı ərazisində təmassız ödənişin mümkün olduğu metro və avtobuslarda keçərlidir. Gediş sayına isə heç bir məhdudiyyət qoyulmur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!