Bu maşınların gömrük rüsumu ləğv edildi -   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Bu maşınların gömrük rüsumu ləğv edildi - QƏRAR

Avto

11 Noyabr 2022 16:13 9194


Azərbaycana elektrik mühərriklə hərəkətə gətirilən təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!