Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
10 Apr 2021 13:35
330

Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu

İndoneziyanın Şərqi Yava bölgəsində 6,7 bal gücündə zəlzələ baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə İndoneziya Meteoroloji, İqlim və Geofizika İdarəsi məlumat yayıb. Zəlzələnin yer səthindən 82,3 kilometr dərinlikdə meydana gəldiyi qeyd olunub. Hadisədən sonra sunami xəbərdarlığı edilməyib. Həmçinin dağıntı və tələfatın olmadığı da bildirilib.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Geoloji Tədqiqatlar Mərkəzi isə zəlzələnin 6 bal gücündə olduğunu deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər