İndoneziyanın Flores adası bölgəsində güclü zəlzələ qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 21-də baş verən yeraltı təkanların maqnitudası müxtəlif mənbələrdə 5,3–5,5 bal arasında göstərilir. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, zəlzələnin episentri Ruteng şəhərindən 34 kilometr şimal-şərqdə, quruda yerləşib. Yeraltı təkanlar Labuan Bajo və ətraf ərazilərdə də hiss olunub. pizza
Hadisə yerli vaxtla saat 08:41-də qeydə alınıb. BMKG-nin məlumatında Labuan Bajoda zəlzələnin II–III intensivlikdə hiss edildiyi bildirilir.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hadisənin fəsadları ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.
Telegram kanalımız