Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.
Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur: pizza hut
“Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.
O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb.
“İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”.
Telegram kanalımız