Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə əhaliyə 8 milyard 749 milyon manat vəsait ödənilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə ödənilən vəsaitin 6 milyard 527 milyon manatı pensiyaların, 1 milyard 206 milyon manatı müavinətlərin, 677 milyon manatı təqaüdlərin, 339 milyon manatı isə ünvanlı dövlət sosial yardımının payına düşüb. Sərfəli qiymətə məhsullar
Qeyd olunub ki, cari ilin 10 ayında sosial ödənişlər üzrə ayrılan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 760 milyon manat və ya 10 faiz artıb.
Aytac Əliyeva
Telegram kanalımız