Bu qış Bakıda sərt keçəcək?   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu qış Bakıda sərt keçəcək? - XƏBƏRDARLIQ

Sosial

29 Noyabr 2025 00:11 1646


Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola biləcəyi ilə bağlı ehtimalları artırıb.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə qış şaxtalı və qarlı olacaq. Mütəxəssis bildirir ki, müşahidə olunan hava dəyişikliyi əvvəllər də nadir hallarda qeydə alınıb və bunun ardınca qış aylarında şaxtalı günlər yaşanıb.

Mütəxəssisin sözlərinə görə, qışın bir qədər sərt keçməsi mövcud problemləri daha da artıracaq. Uzunmüddətli hava proqnozlarının çox da dəqiq olmadığını deyən ekoloq yenə də ehtiyatlı davranmağı zəruri hesab edir. Sezar pizza

Mütəxəssis onu da əlavə edib ki, qışın şaxtalı-qarlı keçməsi, müəyyən ziyanvericilərin yaşıllıqları məhv etməsinə də mane olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!