Bu şəxslər boşanarsa, uşaqlarından məhrum ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər boşanarsa, uşaqlarından məhrum ediləcək

Sosial

10 Sentyabr 2026 11:28 302


Ailə münasibətlərinin pozulması və boşanma prosesi zamanı ən həssas məsələlərdən biri uşaqların gələcək taleyi və onların kimin qəyyumluğunda qalacağıdır. Mülki və ailə hüququ təcrübəsində uşaq adətən valideynlərdən birinə – daha çox anaya və ya müəyyən hallarda ataya tapşırılsa da, qanunvericilikdə istisna hallar nəzərdə tutulub. Müəyyən hüquqi və sosial şərait yarandıqda məhkəmə uşağın hər iki valideyndən alınması barədə qərar çıxara bilər.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, uşağın hər hansı valideynə verilməməsi onun həyatı, sağlamlığı, fiziki və mənəvi inkişafı üçün ciddi təhlükə yarandığı hallarda baş verir. Bu addım ilk növbədə uşağın üstün mənafelərinin qorunması məqsədilə atılır. Valideynlərin hər ikisinin xroniki alkoqolizm və ya narkomaniyadan əziyyət çəkməsi, uşağa qarşı fiziki, psixoloji və ya cinsi zorakılıq tətbiq etməsi, onunla qəddarca rəftar etməsi və ya uşağın tərbiyəsindən, saxlanılmasından tamamilə imtina etməsi uşağın valideynlərdən alınması üçün əsas yaradan başlıca amillərdəndir.

Bundan əlavə, valideynlərin hər ikisinin qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum edilməsi və ya bir-birinin, yaxud uşağın həyat və sağlamlığına qarşı cinayət törətməsi də məhkəmənin uşağı valideynlərə həvalə etməkdən imtina etməsinə gətirib çıxarır. Eyni zamanda, valideynlərin ağır psixi xəstəlik səbəbindən fəaliyyət qabiliyyətsiz hesab olunması və ya uşağa qulluq etməyə imkan verməyən ağır fiziki xəstəlikdən əziyyət çəkməsi kimi obyektiv səbəblər də bu qərarın verilməsində həlledici rol oynayır. Toyuqlu pizza

Məhkəmə uşağın hər iki valideyndən alınması haqqında qərar qəbul etdikdə, uşaq dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə həvalə olunur. Bu halda uşağın gələcək taleyi onun maraqlarına ən uyğun şəkildə həll edilir. İlk növbədə uşaq baxmağa imkanı və mənəvi keyfiyyətləri uyğun gələn yakın qohumlara – baba, nənə, xala, bibi, əmi və ya dayıya qəyyumluğa verilir. Əgər belə bir qohum yoxdursa və ya uşağı götürməkdən imtina edərsə, uşaq dövlət tərəfindən müvafiq uşaq müəssisələrinə, sosial sığınacaqlara və ya internatlara yerləşdirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!