Bu şəxslər üçün geri sayım başladı! -   Sabah GEC OLA BİLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər üçün geri sayım başladı! - Sabah GEC OLA BİLƏR

Sosial

02 Sentyabr 2026 10:43 40


2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi sentyabrın 3-də saat 18:00-da başa çatacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb. pizza hut

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

MÜTDA həmçinin qeyd edib ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!