Bu şəxslər verdikləri pulu geri ala bilməyəcəklər -   Ali Məhkəmədən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər verdikləri pulu geri ala bilməyəcəklər - Ali Məhkəmədən açıqlama

Sosial

04 İyun 2026 12:11 179


"Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. Vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur".

Bu barədə "Yeni Sabah"a Ali Məhkəmədən bildirilib. 

Məlumata görə, mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir: Toyuqlu pizza

"Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır.  Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır".

Qurumdan bildirilib ki, məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar:

"Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir.  Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər. 

Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur".

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!