“Azərbaycanda “CMS Properties” MMC adlı şirkət var, nərə balığı və qara kürü istehsalı ilə məşğuldur. Şirkətin maliyyə vəziyyəti açıqlanıb - 2025-ci ili 2.9 mln. manat xalis zərərlə başa vurub. Şirkətin 2023-cü ildə 19.07 mln. manat olan gəlirləri, 2024-cü ildə 5.26 mln. manata, 2025-ci ildə isə 1.69 mln. manata enməsi son üç ildə satış həcmlərinin ardıcıl azaldığını göstərir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, kürü istehsal edən şirkətin zərərlə işləməsi başadüşülən deyil:
“Yaxşı, dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! Azərbaycanda varsa, bəs nə üçün ziyanla işləyir?! pizza sifarişi
Normalda bu xəbər çıxan kimi İqtisadiyyat Nazirliyi bütün işini-gücünü bir kənara qoyub ancaq bu məsələ ilə məşğul olmalı, səbəblərini incələməli, yaranmış problemləri həll etməlidir ki, 2026-cı ildə nəticə dəyişsin.
Bilirsiniz niyə?! Əminəm ki, bu şirkətin ziyanla işləməsinə SƏBƏB olan məsələlər, ölkə iqtisadiyyatının zəifləməsinə SƏBƏB olan məsələlələrlə birə-bir eynidir – yuxarı vergilər, aşırı tənzimləmə, nəzarət mexanizmləri, cərimələr, korrupsiya və s. (əgər elə deyilsə, buyursunlar, səbəblərlə bağlı rəsmi izah, açıqlama versinlər)”.
Nazim Hacıyev
Telegram kanalımız