Bu, son namizədliyim idi - CHP sədri

saytların hazırlanması

Evə çatdırılma

Bu, son namizədliyim idi - CHP sədri

Dünya

08 İyun 2023 17:09 995


CHP sədri Kemal Kılıçdaroğlu mayın 28-də prezident seçkilərinin ikinci turundakı məğlubiyyətindən sonra səssizliyini pozub.

Yenisabah.az xəbər verir ki, ən yaxın rəqibinə 4% fərqlə uduzan ana müxalifət lideri bir daha seçkilərdə iştirak etməyəcəyini bildirib:

“Bu, mənim ilk və son prezidentliyə namizədliyim idi. Bir daha heç bir vəzifəyə, o cümlədən prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Nə vaxtsa başqa seçkilər ola bilər, amma artıq bu barədə nə bir niyyətim, nə də bir arzum var”. pizza hut

Xatırladaq ki, K. Kılıçdaroğlunun rəqibi, hakim AKP sədri Prezident Rəcəb Tayyip Ərdoğana yenidən məğlub olmasından sonra onun CHP sədrliyindən istefa verməsi ilə bağlı çağırışlar geniş vüsət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!