Bu tələbələrə “adi” təqaüd veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu tələbələrə “adi” təqaüd veriləcək

Sosial

05 May 2021 08:44 973


"Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə "Təhsil haqqında" qanuna əsasən müsabiqədənkənar qəbul olunan tələbələrə birinci tədris ilinin birinci semestrində "adi" təqaüd veriləcək.

“Yeni Sabah”ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.

Digər dəyişikliyə əsasən, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 91 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd veriləcək. pizza sifarişi

Buündan əvvəl magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilib. /Milli.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!