Bu universitetə yeni prorektor TƏYİN EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bu universitetə yeni prorektor TƏYİN EDİLDİ

Sosial

16 Oktyabr 2024 10:20 628


Azərbaycan Tibb Universitetinə (ATU) yeni prorektor təyin olunub

Modern.az-ın əldə etdiyi məlumata görə, Tibb elmləri doktoru, radioloq Məlahət Sultanova ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru vəzifəsinə gətirilib. 

Məlahət Sultanova indiyə qədər Azərbaycan Tibb Universitetinin Şüa diaqnostika kafedrasının müdiri vəzifəsində çalışıb.  Pepperoni pizza

Qeyd edək ki, Tibb elmləri doktoru, professor, olan Məlahət Cahangir qızı Sultanova 1990-1996-cı illərdə ATU-da ali tibb təhsili almış və radioloq ixtisasına yiyələnib. O, 1996-1998-ci illərdə Azərbaycan Tibb Universitetində klinik ordinaturada olub, 1998-2012-ci illərdə ATU-da Assistent vəzifəsində çalışıb. 

2012-2020-ci illərdə ATU Şüa diaqnostikası kafedrasının dosenti vəzifəsində işləyib. 

2020-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Tibb elmləri doktoru, professor elmi dərəcəsinə yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!