Aparılacaq təmir işləri ilə əlaqədar 10 avqust saat 22:00-dan etibarən Səbail rayonu, Həsən Seyidbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Yeni Sabah” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Toyuqlu pizza
“Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri, ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan anlayış gözləyirik”, - deyə məlumatda qeyd edilib.
Telegram kanalımız