Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq olan yollar bunlardır: pizza hut
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.
Sürücülərə sözügedən istiqamətlərdə hərəkət zamanı nəzərəçarpacaq dərəcədə vaxt itkisini nəzərə almaq və alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız