Bu yollarda təhlükə artacaq -   sürücülərə VACİB XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu yollarda təhlükə artacaq - sürücülərə VACİB XƏBƏRDARLIQ

Sosial

07 Sentyabr 2026 11:15 119


Yeni tədris ilinin başlanması ilə əlaqədar küçə və prospektlərdə, xüsusilə məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında nəqliyyat və piyada sıxlığının artacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadavurma hallarının qarşısının alınması və uşaqların yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ sürücüləri təhsil müəssisələrinin, parkların və uşaqların daha çox hərəkət etdiyi digər ərazilərin yaxınlığında sürəti şəraitə uyğun azaltmağa, piyada keçidlərinə yaxınlaşarkən diqqətli olmağa və qəfil yola çıxa biləcək uşaqları nəzərə alaraq hər an dayanmağa hazır olmağa çağırıb. pizza

İdarə valideynlərə də övladlarını yol hərəkəti qaydaları barədə mütəmadi məlumatlandırmağı, azyaşlı uşaqları nəzarətsiz buraxmamağı və onlara yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən və təhlükəsiz yerlərdən keçməyi öyrətməyi tövsiyə edib.

Valideynlərin öz davranışları ilə uşaqlara nümunə olmalarının vacibliyi də vurğulanıb.

Piyadalara isə yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmək, qəfil avtomobil yoluna çıxmamaq və sürücünün onları gördüyünə əmin olduqdan sonra hərəkət etmək tövsiyə olunub.

BDYPİ bildirib ki, piyadavurma hallarının azaldılması yalnız nəzarət tədbirləri ilə deyil, hər bir sürücünün, piyadanın və valideynin məsuliyyətli davranışı ilə mümkündür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!