Bunun adı nakişilikdir! 

saytların hazırlanması

Evə çatdırılma

Bunun adı nakişilikdir! 

Sosial

17 Oktyabr 2021 13:37 2735


Dünyada Qızlar Günü qeyd olunanda Türkiyədə səfərdə idim. İstirahət günü olduğu üçün vaxtımın çoxunu sosial şəbəkələrdə keçirir, TV seyr etməklə başımı qatırdım. 

Sosial şəbəkələrdə gündəm qızlar idi. Təkcə Azərbaycandan deyil, Türkiyədən virtual dostlarım da qızları ilə şəkillərini paylaşır, onların bir mələk olduğunu yazırdılar. Və düz yazırdılar. Həmin vaxt ürəyimdən ancaq bu sözlər keçirdi: Kaş analarımızı, xanımlarımızı, qızlarımızı həmişə belə sevib əzizləyə biləydik. Kaş onlara bayramdan-bayrama deyil, ilin bütün günlərində mərhəmət göstərə biləydik...

Axşam 19:00-da dünyada və Türkiyədə baş verən yenilikləri izləmək üçün təkrar televizoru açdım. Əvvəl anonsları seyr etdim. Sanki xəbərlər deyil, kriminal proqram idi. Efirdən qan damırdı. Məlum oldu ki, hava yenicə qaralsa da, qardaş ölkədə artıq 3 qadın əri, atası, həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hər üçü də gənc. Hər üçünün də ürəyi yaşayıb-yaratmaq eşqi ilə dolub-daşırdı. Görünür, bunu bildiyi üçün alçağın biri həyat yoldaşını düz ürəyinin başından nişan almışdı. Həm də bir deyil, ard-arda bir neçə dəfə. Qan gölməçəsinə dönən evdə qadının cansız cəsədini görəndən sonra televizoru söndürməkdən başqa çarəm qalmadı... Marqarita pizza

Tanış mənzərədir. Azərbaycanda da qadınlar tez-tez ailə üzvləri, yaxınları tərəfindən qətlə yetirilir. Hətta hələ evlənmədiyi, gərdəyə girmədiyi, qayğısını çəkmədiyi sevgilisini belə öldürən əclaflar var. Türmələrimiz qadının başını toyuq başı kəsən canilərlə doludur. Əminəm ki, onların çoxu vaxtilə öz qızlarını bağrına basıb şəkil çəkdirən, sonra da həmin şəklin altından "mənim mələyim, mənim ürəyim" kimi pafoslu sözlər yazan ikiüzlülərdir. 

Ay namərd, başını kəsdiyin qadın da uşaq vaxtı kiminsə mələyi, kiminsə ürəyi olub. Allah uzaq eləsin, sənin də qızının başını toyuq başı kimi kəssələr, xoşuna gələr? Öz anasının, qızının, həyat yoldaşının qədrini bilən kişi başqasının qızının başını niyə kəsməlidir? Kişi güclü cinsdir. Amma o, öz gücünü zərif və zəif qadınlara göstərməməlidir. Bunun adı nadanlıq, vicdansızlıq, əclaflıqdır! 

Allahın bəxş etdiyi ömrü kişi kimi yaşamaq lazımdır. Gücsüz, köməksiz qadını öldürmək isə nakişilikdir...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M.Vuqar.M-oglu.
    99,9% Azərbaycanda insanların Maddi sosial vəziyyətinin ağır olması ailələrdə belə vəziyyətə səbəb olur! İşsizlik,ədalətsizlik cəmiyyəti xaosa sürükləyir! Sınaq üçün istənilən aİləyə orta əmək haqqı ödənsin ,baxın heç zaman o yerdən problem çıxmaz! Gərginliyi,zorakılığı törədən səbəblər 99.9% dövlətin səriştəsizliyindən qaynaqlanır!
    5 years ago