BYD-nin Türkiyədə satışları kəskin azaldı

saytların hazırlanması

Evə çatdırılma

BYD-nin Türkiyədə satışları kəskin azaldı

İqtisadiyyat

05 Avqust 2026 16:09 73


Çinin elektromobil istehsalçısı BYD Türkiyə bazarında satışlarında ciddi azalma ilə üzləşib.

 “Yeni Sabah” Türkiyə mətbuatına isdinadən xəbər verir ki, şirkət Manisada inşa etməyi planlaşdırdığı zavod layihəsini təxirə saldıqdan sonra iyul ayında ölkədə cəmi 17 elektrik avtomobili sata bilib. Yanvar–iyul aylarını əhatə edən dövrdə isə BYD-nin ümumi satış həcmi 6 754 ədəd olub və tam elektrikli avtomobillər (BEV) bazarındakı payı 7,23 faizə enib.

 Qeyd olunur ki, Manisada nəzərdə tutulan 1 milyard ABŞ dolları dəyərində zavod layihəsinin dayandırılması şirkətin satış göstəricilərinə mənfi təsir edib. BYD rəhbərliyinin nümayəndəsi Türkiyə ilə bağlı dəqiq istehsal təqviminin olmadığını, hazırda əsas prioritetin Macarıstandakı zavod olduğunu bildirib. Marqarita pizza

 Türkiyənin elektrikli avtomobil bazarında isə lider mövqeyini TOGG qoruyur. Rəsmi statistikaya əsasən, iyul ayında ölkədə 12 684 tam elektrikli avtomobil satılıb. TOGG 4 600 satışla ayın lideri olub. Yanvar- iyul dövründə isə şirkətin satışları 25 848 ədədə çatıb və bazar payı 27,67 faiz təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!