Havalar soyuduqca qrip və soyuqdəymə halları artır. Mütəxəssislər bu dövrdə immuniteti güclü saxlamaq üçün düzgün qidalanmağın, kifayət qədər su içməyin və bağırsaq sağlamlığını qorumağın vacibliyini vurğulayırlar.
“Yeni Sabah” xəbər verir ki, türkiyəli dietoloq Gizem Güneş soyuq havalarda xəstəliklərə qarşı müqaviməti artırmaq üçün qidalanma ilə bağlı tövsiyələr verib.
Su içməyi unutmayın Pepperoni pizza
Dietoloqun sözlərinə görə, havalar soyuduqda insanların su içməyə marağı azalır. Lakin orqanizmin suya olan ehtiyacı soyuq havalarda da davam edir. Güneş bildirib ki, gündəlik su qəbulunu 2,5-3 litr səviyyəsində saxlamaq immunitetin dəstəklənməsinə kömək edir. Bununla belə, gündəlik su ehtiyacı insanın sağlamlıq vəziyyətindən və fiziki fəallığından asılı olaraq dəyişir.
İmmunitetin güclü olması üçün bağırsaqların sağlamlığı da vacibdir
Güneş immunitetin qorunmasında bağırsaqların mühüm rol oynadığını qeyd edib. O, gündəlik qidalanmada qatıq, süd və ayran kimi məhsullara yer verilməsini tövsiyə edib. Dietoloqun sözlərinə görə, çuğundur və turşu kimi qidalar da bağırsaq sağlamlığını dəstəkləyən qidalanma rasionunun bir hissəsidir. Bu məhsulların tərkibindəki faydalı maddələr bağırsaq mikroflorasına müsbət təsir göstərir.
C vitamini təkcə sitrus meyvələrində yoxdur
Dietoloq C vitamininin immunitetin dəstəklənməsində əhəmiyyətini də vurğulayıb. O bildirib ki, bu vitaminin mənbəyi yalnız portağal, limon və digər sitrus meyvələri deyil. Güneş brokoli, qırmızı bibər, kivi və cəfəri kimi məhsulların da C vitamini ilə zəngin olduğunu xatırladıb. Onun sözlərinə görə, bu qidaları gündəlik rasiona əlavə etmək orqanizmin xəstəliklərə qarşı müqavimətinin dəstəklənməsinə kömək edə bilər.
Dietoloq güclü immunitet üçün yalnız bir qidaya üstünlük verməyin kifayət etmədiyini, gün ərzində müxtəlif qida məhsullarının balanslı şəkildə qəbul edilməsinin vacib olduğunu bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız