“Çalışıram ki, anam məni anlasın“   - Aynişan

saytların hazırlanması

Evə çatdırılma

“Çalışıram ki, anam məni anlasın“ - Aynişan

Şou

02 İyul 2021 16:28 1259


Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva uzun müddətdən sonra açıqlama veirib.

Yenisabah.az xəbər verir ki, "Günün sədası" verilişində qonaq olan bloger anası və özü haqqında danışıb:

"Mənim bitməyən bir sevgim var - onun adı Aybəniz Haşımovadır. Mən anadan olandan dərk edirəm ki, Aybəniz Haşımovanın qızıyam. Çünki anam fəqrli hörmət, sevgi qazanıb. Bəzən anam valideyn olduğuna görə nəyəsə əsəbləşir. Amma çox vaxt mən çalışıram ki, anam məni anlasın. Çünki biz bir-birimizi anlamasaq kim anlayacaq? Anam daha çox sevgisini göstərən insandır. Mən onun qədər göstərən deyiləm. Mən gözəl sözlər qura bilmirəm. İçimdə sevirəm. Hansısa vəziyyətdə görə bilər ki, sevirəm. Amma anam elə deyil. Mən bu həyatda anamı yeganə sakitləşdirən insanam. Mən hər şeyə rahat baxıram. Nə baş verirsə deyirəm baş verdi onsuz da. Əsəbləşib nəyəsə reaksiya vermək düz deyil. Mən hər bir dramatik vəziyyəti komik duruma çevirə bilirəm. Anama demək istəyirəm ki, nə olursa xeyirimizə olur. Anam bu dünyada nə qədər yaşayacaqsa, canı sağlam, huzur içində olsun. Nə olursa həyatda olacağı kimi dəyərləndirsin". pizza mizza

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!