Cavid Qurbanovun əmisi oğluna hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Cavid Qurbanovun əmisi oğluna hökm oxundu

Sosial

16 Sentyabr 2026 13:20 899


Dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nahid Şəmşirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Dördpendirli pizza

Bundan əvvəlki iclasda çıxış edən dövlət ittihamçısı Nahid Şəmşirovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinir.

Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!