Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Tərəflər Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Sezar pizza
Söhbət zamanı XİN rəhbərləri Azərbaycan və Ermənistanın iştirakı ilə “3+3” formatında (Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Rusiya) regional əməkdaşlıq platforması çərçivəsində görüşün hazırlanmasına toxunublar.
Xatırladaq ki, “3+3” formatının məqsədi Cənubi Qafqazda kommunikasiya və iqtisadi əlaqələrin blokunu açmaqdır. Gürcüstandan başqa bütün ölkələr onun fəaliyyət göstərməsinə razılıq verib. Tbilisi Gürcüstanın heç bir formatda “3+3” formatında iştirakda maraqlı olmadığını bəyan edərək, buna səbəb kimi Rusiyanın formatda iştirakını göstərib.
Telegram kanalımız