Cəbrayılda barama tədarükü başa çatdı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda barama tədarükü başa çatdı - Fotolar

Sosial

11 İyun 2021 13:28 1019


Cəbrayıl rayonunda barama tədarükü başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu il Cəbrayıl rayonunda 125 qutu ipəkqurdu rayonun 110 kümdarına paylanıb. 29 may tarixindən başlanmış barama tədarükü 7 iyun tarixində başa çatıb.  

Baramanın  əvvəlcədən növlər üzrə çeşidlənməsi, məhsulun keyfiyyəti əsasında  qəbulu, düzgün qiymətləndirilməsi işləri təşkil olunmuş, “Azəripək” MMC-nin nümayəndəsinin və kümçülərin iştirakı ilə tərtib olunmuş qayimə əsasında təhvil verilməsi təmin edilib. Mövsümün ilk günlərində “Azəripək” MMC-nin səyyar qəbul məntəqəsinə ümumilikdə 5000 kq proqnoza qarşı 5604 kq yaş barama təhvil verilib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!