Cəlilabad rayonunda 3,3 maqnitudalı zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda qeydə alınıb
Yerli vaxtla saat 17:07-də baş verən yeraltı təkanın dərinliyi 25 kilometr olub.
Zəlzələ hiss olunmayıb.
Telegram kanalımız