Londonun "Çelsi" futbol klubu "Mançester Siti"nin və Ukrayna millisinin müdafiəçisi Aleksandr Zinçenkonu almaqda maraqlıdır.
Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, Zinçenko "Çelsi"nin mülkiyyətçi dəyişikliyindən sonra almaq istədiyi üçüncü "Siti" oyunçusu olub.
Daha əvvəl yarımmüdafiəçi Rahim Sterlinq və müdafiəçi Natan Akenin London klubuna keçə biləcəyi bildirilirdi. Marqarita pizza
İngiltərədə "Everton" və "Vest Hem" də Zinçenko ilə maraqlanır, lakin maliyyə imkanları məhdud olduğundan futbolçu almaq şansları aşağı qiymətləndirilir.
25 yaşlı Zinçenko 2016-cı ildə Rusiyanın "Ufa" klubundan "Siti"yə keçib, xüsusən də dördqat İngiltərə çempionu olub. “Ufa”dan əvvəl Donetsk “Şaxtyor”unda çıxış edib.
Telegram kanalımız