Zahid Xəlil: “Axı ədəbiyyatda Kəramət adlı adam yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Zahid Xəlil: “Axı ədəbiyyatda Kəramət adlı adam yoxdur”

Mədəniyyət

26 Oktyabr 2026 12:44 201


"Mən heç bu barədə düşünmürəm. Axı düşünməyimə dəyməz. Doğrudan, xəcalət çəkirəm ki, “mən birinci yerə çıxmışam, məndən böyük yazıçılar isə aşağı sırada qalıblar...” Bunu başa düşə bilmirəm. Durub Kəramətə qiymət verim?"

"Yeni Sabah" pravda.z-a istinadla xəbər verir ki, bunu yazıçı Zahid Xəlil bildirib.

O, Beynəlxalq Kitab sərgisindəki səsvermədə müəyyən ədalətsizlik olduğunu görüb: pizza hut

"Mən heç bu barədə düşünmürəm. Axı düşünməyimə dəyməz. Doğrudan, xəcalət çəkirəm ki, “mən birinci yerə çıxmışam, məndən böyük yazıçılar isə aşağı sırada qalıblar...” Bunu başa düşə bilmirəm. Durub Kəramətə qiymət verim? Axı heç ədəbiyyatda Kəramət adlı adam yoxdur. Ədəbiyyatda böyük sənətkarlar var, amma onlar nəsə görünmürlər.

Əsəd Cahangir çox cəsarətli sözlər dedi ki, Kəramət Böyükçöl əsərlərini özü yazmır, onun yerinə başqası yazır. Dorğudan da belədirsə, onda Kəramətin simasını açmaq olar. Mən bu barədə məlumatsızam, bilsəm, deyərdim. Yaxşı olar, Əsəd Cahangirlə böyük söhbət aparılsın, bu məsələni özü açsın”.

Xatırlatma: Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirdiyi “Ən çox oxunan müəllif 2026” nominasiyasının qalibi yazıçı Kəramət Böyükçöl olub. Bəziləri Böyükçölün əvəzinə birinci yerə yazıçı, professor Zahid Xəlilin çıxdığını, lakin səsvermədə ədalətsizlik olduğunu iddia ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!