Müəllim direktoru canlı yayımda rüsvay etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müəllim direktoru canlı yayımda rüsvay etdi - VİDEO

Sosial

26 Oktyabr 2026 12:42 469


Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan müəllim Günay Məmmədova rəhbərlik tərəfindən ona qarşı qərəzli addımlar atıldığını iddia edir.

“Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, müəllim oktyabrın 22-də dərs cədvəlinin ona əvvəlcədən məlumat verilmədən dəyişdirildiyini bildirib.

Günay Məmmədovanın sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək qəbul olunduğu məktəbdə dərs cədvəli əvvəlcə onun əsas iş yerindəki qrafikinə uyğun tərtib edilib. Lakin sonradan cədvəl gecə saatlarında birtərəfli qaydada dəyişdirilib. pizza sifarişi

Müəllim bu dəyişikliyin onun fəaliyyətinə mane olmaq məqsədi daşıdığını və ictimai fəallığı ilə əlaqəli olduğunu iddia edib.

O, həmçinin məktəbin fəaliyyətinə dair əvvəllər müxtəlif platformalarda yayımlanan və müsbət rəylər alan videosüjetlərin məktəbin rəsmi səhifəsindən silindiyini bildirib. 

Günay Məmmədova səhər saatlarından sosial şəbəkədə canlı yayımlar edərək məsələni ictimailəşdirib və hüquqlarının təmin olunmasını tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!