Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassislə görüş keçirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Görüş zamanı Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. pizza hut
Söhbət zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Nazirlər qarşılıqlı əlaqələrin davam etdirilməsinin və beynəlxalq platformalarda konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.
Telegram kanalımız