İyunun son günlərində belə Xəzər dənizinin suyunun temperaturu bir çoxlarının gözlədiyi qədər yüksəlməyib.
“Yeni Sabah” xəbər verir ki, bu vəziyyət sağlamlıq baxımından risk yarada bilər.
Suyun isinməsi yalnız havanın temperaturundan asılı deyil. Davamlı küləklər, dəniz axınları, dərin qatlarda olan soyuq suyun səthə qalxması və gecələrin nisbətən sərin keçməsi suyun temperaturunun artmasını ləngidir. Xəzərdə bu hal demək olar ki, hər il müşahidə olunsa da, bəzi illərdə proses daha uzun çəkir. pizza sifarişi
Bədən uzun müddət günəş altında qaldıqdan dərhal sonra soyuq suya daxil olmaq təhlükəli ola bilər. Temperatur fərqi nəticəsində damarlar qəfil yığılır, qan təzyiqində dəyişiklik yaranır, ürək ritmi pozula bilər. Xüsusilə ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, şəkərli diabet və xroniki xəstəlikləri olan şəxslər daha ehtiyatlı davranmalıdırlar.
Bundan başqa, soyuq su əzələ spazmına səbəb ola, üzmə zamanı hərəkət imkanlarını zəiflədə və boğulma riskini artıra bilər. Təcrübəli üzgüçülər belə, gözlənilmədən yaranan soyuq şokuna görə çətin vəziyyətlə üzləşə bilərlər.
Dənizə daxil olmazdan əvvəl bir neçə qaydaya əməl etməyi tövsiyə olunur:
Günəş altında uzun müddət qaldıqdan sonra dərhal suya girməyin
Əvvəlcə ayaqları, qolları və üz nahiyəsini isladaraq bədəni suya uyğunlaşdırın
Acqarına və ya ağır yeməkdən dərhal sonra üzməyin
Təkbaşına dərinliyə getməyin
Əsmətxanım Rzazadə
Telegram kanalımız