Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti elan olunub.
"Yeni Sabah" xəbər verir ki, çimərliklərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Telegram kanalımız