"Bu kədərli cinayəti törədən və ya edənlər mütləq cəzalarını alacaqlar".
Yenisabah.az xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi bildirib.
O, "Twitter" hesabında oktyabrın 26-da Şiraz şəhərindəki Şah Çerağ ziyarətgahında törədilən terror aktını qınayıb. pizza mizza
"Bu kədərli cinayəti törədən və ya edənlər mütləq cəzalarını alacaqlar. Lakin həlak olanların yaxınlarının dərdi və Əhli-beyt əleyhimus-salam hərəminin təhqir edilməsinin əvəzini ödətməklə kifayətlənməyəcəyik. Bu fəlakətlərin səbəblərini öyrənmək və bununla bağlı qəti və müdrik addımlar atmalıyıq", - deyə Xamnəi mikrobloqunda yazıb
O əlavə edib: "Hamımızın düşmənin qızışdıran əlinə, onun xain və ya cahil və qəflət məmurlarına qarşı vəzifəsi var. Təhlükəsizlik orqanlarından və məhkəmə sistemindən tutmuş düşüncə və təbliğat sahəsindəki fəallara qədər insanların həyatına, təhlükəsizliyinə və müqəddəslərinə etinasızlıq və hörmətsizliyə yol verən cərəyana qarşı birlikdə müqavimət göstərilməlidir.
Əziz millət və məsul qurumlar inşallah düşmənlərin bədxah hiyləsinə mütləq qalib gələcəklər.
Telegram kanalımız