Çinli diplomat Kanadadan qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Çinli diplomat Kanadadan qovuldu

Dünya

09 May 2023 13:31 496


Kanada xarici işlər naziri Melani Coli Torontoda fəaliyyət göstərən çinli diplomat Jao Veyi “persona non qrata” elan edib.

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, Çin diplomatı Kanada parlamentinin üzvü Maykl Çonqa hədə-qorxu gəlmədə iştirakda ittiham edilir.

Kanada hökuməti müvafiq addımı ölkə kəşfiyyatının “Globe and Mail” qəzetində dərc edilmiş hesabatından sonra atıb. Sözegedən yazıda qeyd olunub ki, çinli diplomat Pekinin uyğurlara münasibətini tənqid etməsindən sonra kanadalı deputat Maykl Çonq barəsində məlumat toplanmasında iştirak edib. pizza sifarişi

Maykl Çonq 2021-ci ildə parlamentdə Çinin uyğurlara qarşı rəftarını soyqırım elan edən təklif irəli sürüb. Təklifdən qısa müddət sonra Çin ittihamları rədd edib və Çonqa sanksiya tətbiq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!