Çinlilər Kərbəlada belə yer yaratdı –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Çinlilər Kərbəlada belə yer yaratdı – VİDEO

Din

29 İyul 2026 21:10 104


Çinli zəvvarlar Kərbəlada Ərbəin üçün xidmət çadırı qurublar.

“Yeni Sabah” xəbər verir ki, Çinli zəvvarlar Ərbəin mərasimi ilə əlaqədar İraqın Kərbəla şəhərində zəvvarlara xidmət göstərmək üçün müvəqqəti çadır qurublar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə çinli iştirakçıların Ərbəin yürüşünə qatılan zəvvarlara müxtəlif xidmətlər göstərdiyi görünür. pizza

Qeyd edək ki, bu cür xidmət çadırları (mokəblər) Ərbəin yürüşü zamanı zəvvarlara yemək, içki, istirahət və digər ehtiyacların qarşılanması üçün könüllülər tərəfindən yaradılır.

Ərbəin mərasimi hər il İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə keçirilir və milyonlarla insan Kərbəla şəhərinə ziyarətə gedir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!