Con Bolton: “Prezidentliyə namizəd olacam“

saytların hazırlanması

Evə çatdırılma

Con Bolton: “Prezidentliyə namizəd olacam“

Dünya

06 Dekabr 2022 10:00 715


"2024-cü ildə prezidentliyə mümkün respublikaçı namizədlər Trampı dayandırmasalar, eks-prezidentin Ağ Evə qayıtmasının qarşısını almaq üçün bu seçkidə iştirak edəcəyəm".

Yenisabah.az NBC-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib.

O əlavə edib: "2024-cü il prezident seçkilərində iştirak etmək istəyən bir neçə mümkün namizədimiz var. Onların hər biri namizədliyini rəsmən elan etməmişdən əvvəl Donald Tramp səhv seçim idi. Biz onu rədd edirdik. Tərəfdaşlarım indidən "O, Respublikaçılar Partiyasına aid deyil" deməlidir. pizza hut

Con Bolton vurğulayıb: "Açıq deyəcəm, əgər potensial namizədlər bunu etməsələr, bu, məni 2024-cü ildə prezidentliyə namizəd olmağa sövq edəcək yeganə şey budur. Bu ölkənin xalqına aydın olmalıdır ki, Donald Tramp respublikaçılar üçün məqbul namizəd deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!