Təbrizdəki Aşura mərasimində Conni Depp kimi görüntülənmiş iranlı model və aktyor iddialara rəy bildirib.
Yenisabah.az "Shaboneh"ə istinadla xəbər verir ki, əsl adı Əmin Mahmud Pursales olan 29 yaşlı sənətçi çəkilişdən xəbərsiz olduğunu deyib.
"Dostlarımın çoxu mənə deyir ki, Conni Deppə bənzəyirsən. Hətta bəziləri isə elə bilir ki, mən ona oxşamaq üçün makiyaj etdirirəm. Amma bu belə deyil. Oxşarlığımız təbiidir". Dördpendirli pizza
Aktyorluq fakültəsini bitirmiş Ə. Pursales aktyorluq bacarığının olmadığını etiraf edib:
"Bu sahədə ixtisas alsam da, aktyorluq və kino sahəsində heç bir iddiam yoxdur. Amma mənə aktyorluq, kinoda çəkilmək təklifi gəlsə, bu sahədə çalışmaq istərəm".
Aşurada video obyektivlərinə tuş gəlməsini qeyri-adi saymayan Əmin Pursales deyib: "Bundan tam şəkildə xəbərsiz idim".
Xatırladaq ki, Hollivud ulduzu sanılan Ə. Pursalesin əks olunduğu video qısa zamanda sosial şəbəkədə məşhurlaşıb. Bir çoxları onu həqiqiq Conni Depp zənn edib.
Telegram kanalımız