Conson Baş nazir seçkilərinə qatılacaq

saytların hazırlanması

Evə çatdırılma

Conson Baş nazir seçkilərinə qatılacaq

Dünya

22 Oktyabr 2022 00:11 913


Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson yenidən bu vəzifə uğrunda yarışda iştirak etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi onun yaxınlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hökumət və Mühafizəkarlar Partiyası daxilində Consonun yenidən Baş nazir seçilməsini dəstəkləyən siyasətçilər var. Britaniyanın hazırkı müdafiə naziri, partiya daxilində ciddi nüfuzu olan siyasətçi Ben Uollas Consonu dəstəklədiyini deyib. Pepperoni pizza

Boris Conson rəsmi olaraq Baş nazir postu uğurunda yarışda iştirak edəcəyini elan etməsə də, onun dostu, deputat Ceyms Dadric “Sky News“a açıqlamasında sabiq Baş nazirin seçkilərə qatılacağını açıqlayıb.

Qeyd edək ki, Britaniyanın 44 gün Baş naziri olan Liz Trass dünən istefa verib. Hələlik yalnız İcmalar Palatasının rəhbəri Penni Mordaunt ölkənin son 6 ildə beşinci Baş naziri olmaq üçün namizədliyini irəli sürüb. Consonun dövründə maliyyə naziri vəzifəsini tutan Rişi Sunak da potensial namizədlərdən biridir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!